Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşüb - Üçtərəfli bəyanatla bağlı nələr razılaşdırılıb? (Yenilənib)
14-10-2022 [12:40]
14 oktyabr 2022-ci il tarixində Astana şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Mia.az XİN-ə istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, gürüşün Düşənbədən sonra inkişaflar üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib.
Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə 2 oktyabr tarixində ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Sülh müqaviləsinin baza prinsiplərinin hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunduğu, həm Azərbaycanın, həm də Ermənistanın Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyi, bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyi vurğulanıb.
Görüşdə, eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.
Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov və ermənistanlı həmkarı Aratat Mirzoyanla nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlər üçtərəfli bəyanatların bütün müddəalarına əməl etməyə, onun şərtlərinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrup vasitəsilə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Görüşdə həmçinin Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi və ölkələr arasında sülh müqaviləsi kontekstində aparılan danışıqlar prosesi müzakirə olunub.
Tərəflər yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
***
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
Mia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: “Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə hesabat verməyimiz üçün çox əlverişli fürsətdir".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, biz öz tərəfimizdən münaqişədən sonrakı nizamlama prosesində xarici işlər nazirlərinin birbaşa məsuliyyət daşıdığı məsələyə - sülh müqaviləsi məsələsinə xüsusi diqqət yetirəcəyik.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."