RƏSMİ MOSKVA BƏYANAT YAYDI: "Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması barədə bəyanatları qətiyyən qəbuledilməzdir"

img

13-10-2022 [18:37]


"Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçücü Mariya Zaxarova deyib.

O bildirib ki, Fransa prezidenti Makronun bəyanatı qəbuledilməzdir: "Fransa Prezidenti Emmanuel Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir. Fransa Prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır. Bu cür çıxışlar Fransanın nüfuzunu da kölgə altına alır”.

Zaxarova deyib ki, Fransadan fərqli olaraq, Rusiya problemin həllinə yaxından dəstək verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA