Prezident: “Azərbaycan Qazaxıstanda aparılan islahatları dəstəkləyir”

img

13-10-2022 [09:19]


"Azərbaycan Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında həyata keçirilən siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı sammitə dəvətə və göstərdiyi qonaqpərvərliyə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

“Qazaxıstan Prezidentinin Azərbaycana uğurlu səfəri zamanı biz ikitərəfli əməkdaşlığın cari məsələləri ilə bağlı səmərəli müzakirələr apardıq”, - İlham Əliyev xatırladıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA