İlham Əliyev və Sadır Japarov “Ala-Arça” Dövlət Təbiət Parkında - FOTOLAR (Yenilənib)

img

12-10-2022 [16:08]


Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim etdilər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olu lar. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib.

Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxıblar.

Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA