UEFA formada olan komandaların siyahısını yeniləyib

img

11-10-2022 [15:19]


UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib.

Report yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Son 5 matçda qələbə qazanan "köhlən atlar" ilk "4-lük"də göstərilib.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın hamısında qalibiyyət əldə edib.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA