Bakıda MDB dövlətlərinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək

img

11-10-2022 [14:15]


Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyadakı hərbi attaşesi iştirak edəcək.

İclasa Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR