Gəncədə tələbə bıçaqlanıb

img

23-04-2014 [15:12]


Gəncədə bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Ucar rayon sakini, 1993-cü il təvəllüdlü, Azərbaycan Dövlət Aqrar Universitetinin 3-cü kurs tələbəsi, Yusif Məmmədov qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən tələbənin vəziyyəti orta ağır qiymətləndirilir. Onun şəhərin Cavadxan küçəsində bıçaqlandığı bildirilir.
Y. Məmmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA