Orduda daha bir intihar

img

18-04-2014 [12:20]


Azərbaycan ordusunun əsgəri intihar edib. Hadisə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA