Əli Əsədov Moskvada: Baş nazir İranın birinci vitse-prezidenti ilə müzakirə aparıb

img

06-10-2022 [17:12]


Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Mia.az Nazirlər Kabinetinə istinadla bildirir ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR