Zelenski Ukraynanın şəhər tipli qəsəbəsinin azad edildiyini təsdiqləyib

img

01-10-2022 [08:35]


Ukrayna hərbçiləri Donetsk vilayətinin Kramatorsk rayonunun Limanski şəhər icmasında yerləşən şəhər tipli Yampol qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Yampolun azad edilməsinə görə 214-cü əlahiddə atıcı batalyonunun, 103-cü əlahiddə müdafiə briqadasının hərbçilərinə təşəkkür edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq