Rısmi Londondan Putinin səfərbərlik qərarına reaksiya: “Bunu çox ciddi qəbul etməliyik"

img

21-09-2022 [12:14]


“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibə fonunda ölkədə qismən səfərbərlik elan etməsi narahatlıq doğuran eskalasiyadır”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Cilian Kiqan bildirib.

O, Vladimir Putini tarixi yenidən yazmaqda ittiham edib: “Bəzi fikirlər çox narahat edir və aydındır ki, biz sakitliyə can atmalıyıq”.

Onun sözlərinə görə, təhdidlər ciddi qəbul edilməlidir, çünki Ukrayna daha əvvəl Rusiya tərəfindən zəbt edilmiş torpaqları geri almağa başlayır.

C.Kiqan Rusiya dövlət başçısının nüvə şantajına da reaksiya verib: “Bunu çox ciddi qəbul etməliyik, çünki bu vəziyyətə nəzarət etmirik. Onun da bu vəziyyəti idarə edə bilməsindən əmin deyiləm. Həqiqətən, bu, aşkar eskalasiya deməkdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq