ABŞ-da yaşayan azərbaycanlıları Ermənistanla bağlı beynəlxalq qurumlara çağırış ediblər
20-09-2022 [16:19]
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib.
Mia.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla bildirir ki, Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) rəhbəri Aynur Ağayevanın adından yayılan bəyanatda bildirilib ki, Azərbaycan əsilli amerikalılar bu hadisə ilə bağlı çox məyus olublar. Bildirilib ki, Azərbaycan bölgənin bərpasına külli miqdarda vəsaitlər xərclədiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı vaxtda Ermənistanın əl atdığı təxribatlar normallaşma və sülh danışıqları ilə qətiyyən bir araya sığmır və qeyri-sabitliyə doğru aparır.
Soydaşlarımız beynəlxalq təşkilatları yubanmadan əməli addımlar atmağa, yalan və nifrət nağılları uyduran Ermənistanın mənasız və ölüm saçan təxribatlarının qarşısının alınması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrıəvana təzyiqlər göstərməyə çağırıblar.
ABŞ-ın İllinoys ştatında yaşayan Azərbaycan icması da ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun adından yayılan bəyanatda 12 sentyabr 2022-ci il tarixində törədilən hərbi təxribata, üçtərəfli razılaşmaya zidd olaraq indiyədək Ermənistanın öz qeyri-qanuni qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığına, işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minalar basdırıldığına və bu cəhdlərin davam etdirildiyinə, 30 ilə yaxın erməni işğalı altında qalan Azərbaycan şəhərlərinin, kəndlərinin tamamilə dağıdıldığına diqqət cəlb edilib.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
İllinoys ştatında yaşayan soydaşlarımızın beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirdiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı bildirilib.
“Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi qətiyyətlə bəyan edir ki, Ermənistanın əl atdığı təxribatlar bölgədə normallaşma və sülh prosesi ilə tamamilə bir araya sığmır”, - deyə mərkəz beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."