“Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda..." - Putinin sözçüsündən Pelosinin Ermənistana səfərinə reaksiya

img

19-09-2022 [14:21]


"Moskva İrəvan və Bakı arasında münasibətləri normallaşmaya aparan addımları alqışlayır".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.

“Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bütün bunları alqışlamaq olar. Reallıqda belə səsli-küylü hərəkətlər və bəyanatlar bu normallaşmaya töhfə verə bilərmi? Baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA