Ərdoğanla Putin Səmərqənddə bir araya gələcək - Nələr müzakirə ediləcək?

img

15-09-2022 [14:29]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək görüşün dəqiq tarixi və gündəliyi açıqlanıb.

Mia.az “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə lideri sabah, sentyabrın 16-da bir araya gələcək.

Görüş Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.

Dövlət başçıları Ukraynada taxıl ixracı ilə bağlı avqust ayında Soçidə əldə etdikləri razılıqların icra vəziyyətini müzakirə edəcəklər. Bundan başqa, R.T.Ərdoğan və V.Putinin Rusiyadan taxıl ixracı, Cənubi Qafqaz və Suriyadakı durum barədə fikir mübadiləsi aparacaqları gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA