Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
15-09-2022 [15:13]
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Mia.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda salamlamaqdan məmnunluğunu bildirdi, Azərbaycan Prezidenti İlham Əliyevin iyunda Özbəkistana dövlət səfərini xatırladı. Özbəkistan Prezidenti dövlət səfəri zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğuladı. Prezident Şavkat Mirziyoyev yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisi sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlərimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırdı.
Qarşıda duran əsas məsələnin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan Prezidenti Azərbaycanın və Özbəkistanın mədəniyyət xadimlərinin qarşılıqlı təltif olunmasını müsbət hal kimi dəyərləndirdi. Prezident Şavkat Mirziyoyev dövlətimizin başçısını Özbəkistanda ən əziz dostu və qardaşı kimi salamladığını bir daha qeyd etdi.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirdi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu diqqətə çatdırdı və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.
Dövlətimizin başçısı Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə yaxşı nəticələrin əldə olunduğunu bildirdi. Səmərqənddə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratla qarşıladığını vurğulayan Azərbaycan Prezidenti qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə inkişafının xalqımızda böyük sevinc hissi doğurduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, biz qardaş, dost ölkə olaraq yenidən birləşdik və əlaqələrimizdə yeni məzmun yaradırıq.
Özbəkistana dövlət səfərini xoş təəssüratlarla xatırladığını vurğulayan Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi.
Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul etdi.
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirdi. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İstanbulda saxlanılan bələdiyyə sədri haqqında qərar verildi
Yəməndə öldürülən 32 jurnalist torpağa tapşırılıb
Papua-Yeni Qvineyada zəlzələ baş verib - 6 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi niyə pərt olmalıdır, Anar Hacıyev?! - "Məni aparın ora, sual verim də Qurbanova..."
Ali Koçun rəqiblərindən bir geri çəkildi
Ruben Vardanyan Bakıda hakim qarşısında: "Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələri..."
Ziraat Türkiyə Kuboku: yeddi oyun keçirilib
FIFA klublara 355 milyon dollar ödəyəcək - Dünya çempionatına görə
ABŞ "TikTok"un ölkədəki payını aldı: "Çinlə anlaşdıq"
Jurnalistin sualı Trampı qəzəbləndirdi: "Ölkənə zərər vermə, liderinə bunu deyəcəm, sakit ol!"
Məşhur aktyor 89 yaşında vəfat edib
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi: 5 ölkənin xüsusi təyinatlıları Azərbaycanda - VİDEO
Ərdoğan basketbolçularla görüşüb
İlham Əliyev BƏƏ Prezidentini Qarabağda qarşıladı, 14 sənəd imzalandı - SİYAHI + FOTOLAR (YENİLƏNİB)
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - FOTO
İstanbulu içməli suyla təmin edən göllər quruyur - Açıqlama
Qəzzada ölənlərin sayı 64 964 nəfərə çatıb
Deputat: "İşimin başındayam, narahat olmayın”
Sabah leysan olacaq - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - FOTOLAR
Zaqatala sakini bağında döyülüb
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - FOTO
Lüksemburq Fələstin Dövlətini tanımağa hazırlaşır
İlham Əliyevlə BƏƏ lideri Yeni Şuşa məscidində - FOTOLAR
"Qalatasaray" klubu hücumçuya elə təklif verdi ki... - "Menecerini dəyiş, 5 milyon al!"
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək - Bu tarixdə
İspaniya "Eurovision"dan imtina etdi - Bu ölkəyə görə
Müğənni Elza Seyidcahan magistraturaya qəbul olub
Cəlilabadda məktəbli bıçaqlanıb
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu (FOTOLAR)
İsrail Livanı vurdu: dörd uşaq, yeddi qadın yaralanıb
Tramp: "Qətər bizim vacib tərəfdaşımızdır"
Xalq artisti dəfn olundu (Yenilənib)
İlham Əliyev və BƏƏ lideri Daşaltıda - FOTOLAR
Nəsimidə yük avtomobilindən oğurluq olub
Sabah yağış yağacaq
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib
Xətai rayonunda evlərin birindən oğurluq olub
Əlisəmid Kür reanimasiyaya yerləşdirildi