Ombudsman Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı bəyanat yayıb
13-09-2022 [11:39]
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.
Baş vermiş hərbi təxribat hərbi qulluqçular arasında itkilərin olmasına, hərbi və mülki infrastruktura ziyan dəyməsinə, xidməti vəzifələrini yerinə yetirən mülki insanların və hərbi qulluqçuların yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olmuşdur.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilən növbəti genişmiqyaslı hərbi təxribatı, xüsusilə də qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərinin, xüsusilə geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin, təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik.
Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır.
Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində aşkar edilmiş minaların 2021-ci il tarixində Ermənistanda istehsal olunduğunu təsdiq edən faktların üzə çıxması, Ermənistanın kommunikasiyaların və nəqliyyat marşrutlarının açılmasında maraqlı olmaması, eləcə də sülh danışıqlarına dəstək verməməsi bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir.
Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Azərbaycana qarşı etnik nifrət və düşmənçilik niyyəti ilə qəsdən və məqsədli şəkildə, insanların həyat və sağlamlığına ciddi ziyan vurmaq üçün törədilən bu kimi hərbi təxribatları fundamental hüquq və azadlıqların kobud pozulması faktı kimi qiymətləndiririk.
Ermənistan bu addımı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərini ləngitməyə, beləliklə də, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini yubatmağa çalışır.
Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla çirkləndirməyə, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almağa çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırırıq".
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi