"Vəkillərin toxunulmazlıq hüququ yoxdur" - Kollegiya sədrindən Elçin Sadıqovla bağlı açıqlama
11-09-2022 [22:47]
“Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq əsassız şaiyələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman çalışırıq obyektiv olaq. Bütün məsələlərdə yalnız və yalnız mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik. Vəkillər də, cəmiyyətimiz də yaxşı bilir və dəfələrlə şahidi olub ki, vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya həmişə öz üzvlərini publik qaydada və təsirli müdafiə edir, bununla bağlı bir çox misallar çəkmək olar. Vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək”.
Mia.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirərkən deyib.
A. Bağırov bildirib ki, qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə görə vəkillərin toxunulmazlıq hüququ yoxdur: "Vəkillər barəsində cinayət təqibi başlanıla və qüvvədə olan qanunvericiliyə əsasən aparıla bilər"
Vəkilin həbsinə gəldikdə isə, A. Bağırov qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada məlumat verilib: “Burada qanunun tələblərinə riayət olunmuşdur və hər hansı pozuntu mövcud deyil. Bunu mən rəsmən bəyan edirəm. Bildiyiniz kimi, Qanuna görə, vəkillər fərdi qaydada, vəkil bürolarında, hüquq firmalarında və ya məsləhətxanalarda fəaliyyət göstərə bilərlər. Elçin Sadıqov fərdi qaydada fəaliyyət göstərən vəkildir və uzun müddət Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərib. Lakin 2021-ci ilin dekabr ayının 1-dən etibarən Elçin Sadıqov fəaliyyətini Bakı şəhərində davam etdirmək istəyilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Rəyasət Heyətinin 1 dekabr 2021-ci il qərarına əsasən Elçin Sadıqov Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsi 44, mənzil 18-də vəkil kimi fəaliyyət göstərib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də buna etiraz etməyib və bu ünvan reyestrdə öz əksini tapıb. Məndə olan dəqiq məlumata görə, həmin ünvanda yəni, vəkilin qeydiyyatda olduğu ofisdə heç bir axtarış, sənədlərin götürülməsi və hər hansı prosessual tədbirlər həyata keçirilməyib. Yəni, bizdə olan məlumat budur. Bizə vəkilin başqa ofisinin mövcudluğu barədə vəkilin özü tərəfindən heç bir məlumat təqdim edilməyib”.
O qeyd edib ki, KİV-lərdə vəkilin ofisində axtarış aparılması haqqında məlumatlar həqiqəti əks etdirmir.
Sədr vəkillərə də müraciət edərək yoxlanılmamış və həqiqətəuyğun olmayan məlumatları paylaşmamağı tövsiyə edib.
Klinikada dava düşüb
"Canımın hayındayam" - Abid Şərifov
Azərbaycan nefti cüzi ucuzlaşdı
"YouTube" ləğv etdiyi funksiyanı geri qaytarır
Bu gün Xətai və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq - Xəbərdarlıq
Üç astronavt kosmosda qalıb - Geri dönüş kapsulasının zədələnib
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb