Ukrayna ordusu əks-hücumda: daha bir neçə yaşayış məntəqəsi azad olundu - Zelenski və Prezident Ofisindən açıqlamalar (Yenilənib)
06-09-2022 [23:17]
"Ukrayna Silahlı Qüvvələri ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini geri alıb. Lakin Rusiya həbrçilərinin kütləvi zərbələrinə məruz qalmamaq üçün azad edilmiş ərazilər barədə sonra məlumat veriləcək".
Bunu Ukraynanın Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin sədri Nataliya Qumenyuk deyib.
Onun sözlərinə görə, hazırda rəsmi açıqlama hazırlanır. "Mövqe döyüşlərini davam etdiririk, artıq azad etdiyimiz ərazilər var və onların artıq tamamilə Ukraynanın yurisdiksiyasındakı torpaqlar kimi elan olunması üçün təxmini vaxt var. Buna görə də bir az da gözləyək, rəsmi hesabat hazırlayırıq”.
O bildirib ki, hərbçilər azad edilmiş yaşayış məntəqələrinin düşmənin kütləvi artilleriya və hava zərbələrinə məruz qalmamasını çox ciddi şəkildə izləyirlər.
Qumenyukun sözlərinə görə, Rusiya hərbçiləri arxada minalanmış ərazilər və obyektlər qoyurlar. "Bu, həmin ərazilərə qayıtmağa tələsən sakinlər üçün əsas təhlükələrdən biridir. Ona görə də biz həm təxribatçı qruplardan, həm də bu kimi "sürprizlərdən" hərtərəfli təmizləmə aparmaq üçün müəyyən yaşayış məntəqələrinin azad ediləcəyini elan etməyə tələsmirik”.
***
Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “ABC NEWS” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunlarının diqqəti təkcə Xerson vilayətində hücuma yönəlməyib. Müdafiəçilərin əks-hücum fəaliyyəti üçün bir çox istiqamətlər var.
Jurnalist Ukrayna hərbçilərinin niyə məhz Xerson vilayətində əks-hücum əməliyyatı barədə soruşub.
"Mən əks-hücumun təkcə Xerson istiqamətində olduğunu deməzdim... İstiqamət və ya istiqamətlər var - çoxdur və biz irəliləməliyik", - Prezident cavab verib.
Eyni zamanda, Zelenski qeyd edib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz: "İstəyirəm, düşmən bizdən sürprizlər alsın”.
Zelenski qeyd edib ki, olduqca ağır müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir: "Bu vəzifə çətindir və bu, təkcə bizdən asılı deyil, əminəm ki, belə də olacaq. Bu, sadəcə, zaman məsələsidir".
Prezident əlavə edib ki, ölkə öz torpağını düşmənə verməyəcək.
***
“Avqust ayının sonundan etibarən Ukrayna ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının dördüncü günündə Rusiya Silahlı Qüvvələrinin 1500 hərbçisi məhv edilib”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç deyib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Vısokopelye qəsəbəsindən sonra daha 3 yaşayış məntəqəsini azad edib: "Rusiya qoşunlarının logisitikası məhv edilir. Ona görə də onlar üçün qarşıdakı günlər çətin olacaq".
Ukrayna Prezident Ofisinin nümyəndəsinin sözlərinə görə, döyüşçülər qarşı tərəfin maddi-texniki bazasını məhv edərək onları zəiflətməyə davam edirlər//Report.
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər