Böyük Britaniyanın yeni baş naziri hökuməti formalaşdırır - Siyahı (Yenilənib)

img

06-09-2022 [21:35]


Böyük Britaniyanın yeni hökuməti formalaşdırılır.

Mia.az xəbər verir ki, parlamentin  üzvü Terez Koffi Səhiyyə və Sosial Məsələlər naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək:

"Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə nazirli, İngiltərə və Uels üzrə Baş prokuror olan Svella Braverman daxili işlər naziri təyin olunub. Yeni hökumətin başçısı Conson dövründən müdafiə naziri olan Ben Uollesə yenə eyni vəzifədə etimad göstərib".

***

05.09.2002. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

Mia.az xəbər verir ki, sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.

Səsvermənin altıncı turunda L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.

L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.

B.Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı xələfi kimi təqdim etməlidir.

L.Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.

Qeyd edək ki, L.Trassın 47 yaşı var, 11 ay xarici işlər naziri olmaqla, 3 Baş nazirin hökumətində altı nazir (xarici ticarət, ətraf mühit, ərzaq və kənd təsərrüfatı, ədliyyə, xarici işlər naziri və lord-kansler) vəzəfəsində çalışıb. 

L.Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.

L.Trass Birləşmiş Krallığın kraliçası II Elizabetin dövründə vəzifə başına keçən 15-ci Baş nazirdir. Qadın siyasətçi həmçinin ölkə tarixinin 78-ci hökumət başçısı, Marqaret Tetçer, Tereza Meydən (hər iki Mühafizəkarlar Partiyasının sədri olub) sonra 3-cü qadın Baş nazirdir.

***

“Keçmiş lider, dostum Boris Consona təşəkkür edirəm. Boris, siz Kiyevə dəstəklə bağlı çox böyük işlər görmüsünüz”.

Mia.az xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass deyib: “Mənə olan inam üçün hər kəsə təşəkkür edirəm. Biz qarşıdakı 2 il ərzində iqtisadiyyatımızı genişləndirmək, enerji təhlükəsizliyinin təmin olunması üçün çalışacağıq. Biz əlimizdən gələni edəcəyik. Böyük uğur qazanacağımıza inanıram. 2024-cü il seçkilərində bu uğuru yenidən ortaya qoyacağımıza əminəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR