Borreldən İlham Əliyevlə Paşinyanın görüşünə reaksiya: "Sülh müqaviləsi üzərində irəliləyiş üçün işləməyə davam etmək və..."

img

01-09-2022 [18:05]


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel  Brüsseldə Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

“Aİ Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında dördüncü görüşü alqışlayıram. Sülh müqaviləsi üzərində irəliləyiş üçün işləməyə davam etmək və humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR