General və sabiq rəislər hakim qarşısında: "O dedi ki, Eldar Mahmudov 3, Zakir Qaralovla Rüstəm Usubov isə..."
30-08-2022 [21:36]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkən Qulam Bağırov bildirib ki, təqsirləndirilən Sahib Ələkbərovun əməli düzgün tövsif olunmayıb.
Zərərçəkən Sahib Ələkbərovun həbsi və ona yeni ittihamın verilməsi üçün vəsatətlə çıxış edib:
“Sahib Ələkbərov məni qanunsuz olaraq həbs etdi, faktiki olaraq girov götürdü. Bundan sonra mən 3 ay qanunsuz olaraq MTN təcridxanasında saxlanılmışam. Ailəm də məcbur olaraq Sahib Ələkbərovun tələb etdiyi pulu düzəltmək üçün evimi, maşınımı, qızıl-zinət əşyalarını satıb, külli miqdarda borca pul alaraq 135 min dollar düzəldiblər. Həmin pulu qardaşım əlbəəl Sahib Ələkbərova verib.
Sizdən xahiş edirəm ki, Sahib Ələkbərovun əməli Cinayət Məcəlləsinin 182.3-cü maddə ilə tövsif olunsun, cinayət işi Sahib Ələkbərova yeni ittiham verilməsi üçün geri qaytarılsın”.
Hakim yerindəcə müşavirə keçirib və zərərçəkənin vəsatətinin baxılmamış saxlanılması barədə qərar verib.
Zərərçəkən Hüseyn Səfərov isə bildirib ki, hakimin verdiyi uzun fasilə günlərində Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsilə onunla təmas qurub: “Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayət etməyək, onun, başına yığdığı mütəşəkkil cinayətkar dəstəsi üzvləri olan digər təqsirləndirilən şəxslərin cinayətlərini ictimailəşdirməyək. Mövlam Şıxəliyev vəzifədə olarkan bizlərə vurduqları ziyanı ödəyəcəklərini deyirdi. Mövlam Şıxəliyev bizi inandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin zərərini ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin zərərini qarşılayacaqlar. Yerdə qalan zərərçəkənlərin zərərini də Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar verəcəklər”.
Zərərçəkənlər Nizami Kazımov, Akif Qurbanov, Elvar Əliyev, Ələddin Əliyevin də mövqeyi Hüseyn Səfərovun mövqeyinə uyğun olub.
Zərərçəkən Əfsəl Həsənəliyev çıxışı zamanı çox ağır durumda olduğunu deyib: "Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, onu öldürəcəyəm. Çünki başqa çıxış yolum yoxdur. Məni qanunsuz həbsə alıb, evimi “Unibank”a girov qoyub və külli miqdarda pul götürərək ələ keçirib".
Zərərçəkən Sərdar İsmayılov da ona vurulan zərərin ödənilməsini tələb edib: “Məni qanunsuz olaraq həbs edən Yasin Məmmədovdur. Ziyanımı da o ödəsin. Mənim 1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib və özlərinə götürərək satıblar. Özümü də aylarla girov saxlayıblar. Həmin vaxt ailəm dağılıb. Biznesim çöküb. Bu gün də çox ağır durumdayam, borc içindəyəm”.
Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar