"Frayburq"un kapitanı: "Qarabağ"ın əvəzinə başqa rəqib arzulaya bilərdik"

img

26-08-2022 [18:01]


"Qarabağ"ın əvəzinə başqa rəqib arzulaya bilərdik".

Bunu Azərbaycan təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Frayburq" komandasının kapitanı Kristian Günter klubun rəsmi televiziyasına açıqlamasında deyib.

29 yaşlı müdafiəçi Azərbaycana ən uzun səfərlərdən birini edəcəklərini söyləyib. Almaniyalı oyunçu qrupdakı digər rəqibləri Yunanıstan "Olimpiakos"unun isə möhtəşəm stadiona malik olduğunu sözlərinə əlavə edib/Report.

Qeyd edək ki, "köhlən atlar" G qrupunda "Olimpiakos" və "Frayburq"la yanaşı Fransa "Nant"ı ilə də mübarizə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR