Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılıb - FOTO (Yenilənib)

img

25-08-2022 [16:24]


Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.

Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, Qırğızıstan Prezidenti Sadır Japarov Baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamlayıb.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırıb.

Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxunub.

***

Azərbaycanın Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana səfərə gedib.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Ə.Əsədovu İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev qarşılayıb.

Qeyd edək ki, bu gün və sabah Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək. Toplantıda bir sıra aktual məsələlər müzakirə olunacaq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR