"Qurban Qurbanov necə deyirsə, elə də olacaq"

img

24-08-2022 [16:19]


"Baş məşqçi necə deyirsə, elə də olacaq".

Bunu "Qarabağ"ın direktoru Əmrah Çəlikəl jurnalistlərə müsahibəsində deyib.

O, transferlər barədə danışarkən baş məşqçi Qurban Qurbanovun fikrinin önəmli olduğunu bildirib: "İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. 9 il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR