Zəngəzuru tanıyaq və tanıdaq! - Deputat yazır
YAZARLAR
19.08.2022, 13:15
Musa Urud,
Millət vəkili
***
(üçüncü məqalə)
***
"Zəngəzurun şərqində də,qərbində də əsrlər boyu Azərbaycan xalqı yaşayıb"- İlham Əliyev
***
Zəngəzurun tarixi, coğrafiyası
XX əsrin əvvəllərində təxminən 7.892 kv. km ərazini əhatə edən və sonralar Qafan, Qubadlı, Laçın, Meğri, Gorus, Sisyan və Zəngilan rayonlarına ayrılan Azərbaycanın Zəngəzur bölgəsi dağlıq ərazidir.
Bölgənin tarixi-coğrafiyasından danışarkən qeyd etmək lazımdır ki, Zəngəzur termini yazılı mənbələrdə XIV əsrdən coğrafi ərazi vahidi kimi qeyd olunur.
Erkən orta əsrlərdə Zəngəzur Qafqaz Albaniyasının Sünik (Sisakan, Sisəcan) vilayətinin bir hissəsini təşkil etmişdir.
VII əsrin ikinci yarısında Albaniya dövləti ərəblər
tərəfindən işğal olunur. Albaniya Arran, Sunik vilayəti isə Sisəcan (Sisakan) adlandırılır.
Ərəb xilafətinin zəifləməsi dövründə isə Albaniya ərazisində xırda Azərbaycan feodal dövlətlərinin yaranır. IX əsrdə yaranmış Dəbil əmirliyi Zəngəzur da daxil olmaqla Sisakan vilayətinin bütün ərazisini əhatə edirdi.
Məhəmməd bin Əbu-s-Sacın dövründən başlayaraq Dəbilə Sacilər, Salariər,
Şəddadilər və digər Azərbaycan hökmdarlarının nəsillərindən olan əmirlər
hakim idilər.
1130-cu ildə Bitlis əmiri Kurt Dəbili ələ keçirsə də, Şəmsəddin Eldəniz 1146-1147-ci ildə Şimali Azərbaycanla birlikdə Dəbil əmirliyini də özünün Arrandakı mülklərinə birləşdirir. Dəbil əmirliyinin tərkibinə Naxçıvan, Dəbil və Zəngəzur daxil idi.
Monqolların ağalığı dövründə Zəngəzur Azərbaycan vilayətinin Naxçıvan
tüməninin tərkibinə daxil idi. Belə vəziyyət Qaraqoyunlu və Ağqoyunlu
dövrlərində, habelə ilk səfəvilər dövründə davam etmişdir.
Son orta əsrlərdə Zəngəzurun böyük hissəsi Azərbaycanın Qapanat və Naxçıvan əyalətlərinin tərkibinə daxil edilir.
Qapanat Zəngəzurun Bərgüşad silsiləsinə qədər olan cənub hissəsini əhatə edirdi. Sisyan isə Naxçıvan əyalətinə daxil idi.
Zəngəzurun Gorus və Keştağ (indiki Laçın rayonunun ərazisi) mahalları isə Qarabağ vilayətinin bir hissəsi idi.
1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi zamanı Azərbaycanın böyük
hissəsini ələ keçirən osmanlılar Naxçıvan əyalətini Sisyan və Qapanat mahalları ilə birlikdə Azərbaycan vilayətinin tərkibindən çıxarıb, Çuxursəd vilayətinin tərkibinə keçirdilər. Qapanat mahalı Bərgüşad və Urud livalarına bölündü.
Qapanat və Zəngəzur əraziləri Çuxursədin Bayazid və Alaşkert vilayətləri ilə birlikdə ayrıca Bayazid livasını təşkil etdilər. Keştağ və Həkəri mahalları Qarabağ (Gəncə) əyalətinin tərkibinə daxil idi .
I Şah Abbas XVIII əsrin əvvəllərində Azərbaycan torpaqlarını geri aldıqdan
sonra Naxçıvan, Qapanat və Bərgüşadı yenidən Azərbaycan vilayətinin tərkibinə daxil etdi. Bazarçay nahiyəsi Sisyana birləşdirildi. Ancaq, XVII əsrin 30-cu illərinin sonuna yaxın Naxçıvan və Sisyan mahalları Çuxursəd bəylərbəyinin tərkibinə qatıldı.
Məlumdur ki, Səfəvi dövlətinin dağılma mərhələsinə qədəm qoymasından
istifadə edən osmanlılar XVIII əsrin 20-ci illərində yenidən Azərbaycanın çox hissəsini ələ keçirmişdilər. Osmanlı hakimiyyəti dövründə Zəngəzur torpaqlarının bir hissəsi – Sisyan və Meğri Çuxursəd vilayətinə, Bərgüşad, Həkəri, Çavundur nahiyyələri Gəncə- Qarabağ əyalətinin tərkibində aid edildi.
Nadir şah yenidən bütün Zənəzur ərazilərini osmanlılardan geri aldı və öz imperiyasının tərkibinə daxil etdi.
1747-ci il iyunun 19-dan 20-nə keçən gecə Nadir şah sui-qəsd nəticəsində
öldürüldükdən və onun imperiyası çoxsaylı xırda dövlətlərə – xanlıqlara
parçalandıqdan sonra Zəngəzurun Qapanat ərazisini Təbriz və Qaradağ xanları öz aralarında bölüşdürdülər. Qapan, Zəngəzur və Bərgüşad Təbriz xanına, Mehri, Güney və Çavundur Qaradağ xanına çatdı.
Lakin, 1750-ci illərdə Pənahəli xan Qarabağlı Mehri və Güney mahallarını Qaradağ xanının əlindən, Tatev və Sisyan mahallarını Naxçıvan xanının əlindən, Zəngəzur və Qapanı isə Təbriz xanının əlindən aldı. Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi, Zəngəzur yenidən bir inzibati vahidin tərkibində birləşdirildi.
1822-ci ildə ruslar Qarabağ xanlığını ləğv edib, onu Müsəlman əyalətləri
hərbi dairəsinin tərkibində bir əyalətə çevirdikdən sonra, 1830-cu illərin əvvəllərində bu əyalətin tərkibində 9 minbaşılığı birləşdirən iri Zəngəzur mahalı təşkil olundu. Bunlar keçmiş Sisyan, Tatev, Zəngəzur, Qaraçorlu, Püsyan, Bərgüşad, Qapan, Meğri-Güney və Çavundur (Çuldur) mahalları idi.
Zəngəzurun ərazisi XIX əsrin 50-ci illərinə qədər Şamaxı quberniyasının,
60-cı illərdə isə Bakı və Irəvan quberniyalarının tabeliyində olmuşdur.
Cənubi Qafqazda yeni inzibati-ərazi bölgüsünü müəyyənləşdirən layihəyə
uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, İrəvan və Tiflis quberniyalarının bir hissəsi hesabına yeni bir quberniya - Yelizavetpol (Gəncə)quberniyası yaradıldı. Bakı quberniyasının Şuşa qəzasından və İrəvan quberniyasının Ordubad qəzasından ayrılan hissələr hesabına indiyə qədər haqqında danışılan Zəngəzur qəzası mərkəzi Gorus şəhəri olmaqla inzibati, məhkəmə, ərazi vahidi olaraq formalaşdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı.
Gəncə (Yelizavetpol) quberniyasının ən böyük qəzalarından biri
olan Zəngəzur qəzasının ərazisi 137 kv.mil təşkil edirdi.
Zəngəzur qəzası şərqdən və şimal-şərqdən Cəbrayıl və Şuşa qəzaları ilə, şimaldan Cavanşir qəzası ilə, qərbdən və cənub-qərbdən İrəvan quberniyasının Şərur- Dərələyəz və Naxçıvan qəzaları ilə, cənubdan və cənub-şərqdən isə Araz çayı boyunca İranla həmsərhəd idi.
Şuşa qəzası ilə Zəngəzur qəzasının sərhəddini dəniz səviyyəsindən 7-9,5 min fut hündürlüyündə dağ və yaylalar silsiləsi müəyyən edir ki, onlardan ən əhəmiyyətliləri bunlardır: Kirs dağı, Sağsağan silsiləsi, Sarıbaba dağı, Qırxqız yaylası və s.
Şərur-Dərələyəz və Naxçıvan qəzalarını Zəngəzur qəzasından ayıran dağ və yaylalar silsiləsi bunlardır: Qısırdağ, Kəbirli, Ağdaban, Salvartı, İşıqlı, Ərəzin, Dəvəboynu, Qapıcıq, Alagöz.
Alagözdən Kirs dağına qədər uzanan silsilə dağlar və yaylalar Zəngəzur
silsiləsini təşkil edir.
Zəngəzur silsiləsi Arpa çayından Araz çayı boyunca meridianal istiqamətdə uzanaraq 130 km-lik bir məsafəni tutur. Silsilənin ən hündür zirvəsi dəniz səviyyəsindən 3904 m. yüksəkdə qərar tutan Qapıcıq dağıdır.
...Zəngəzurun sonrakı taleyi də çox keşməkeşli və faciəli olmuşdur. 1918-ci ildə Azərbaycan Demokratik Respublkası quruldu və Zəngzur qəzası bütövlükdə müstəqil Azərbaycan dövlətinin ərazisi olaraq tanındı.
1918-20-ci illər Zəngəzur əhalisi dəhşətli qırğınlar, talanlar və soyqirimi ilə üzləşdi. Erməni vandalizmi nəticəsində Zəngəzurdakı 115 müsəlman kəndinin hamısı dağıdılıb yandırıldı, 10068 nəfər qətlə yetirildi. 50 min azərbaycanlı qaçqın düşdü. Qaçqıların yarıdan çoxu isə o illərdə Zəngəzurda və Qarabağda yayılmış dəhşətli taun epidemiyası səbəbindən öldü.
1920-ci ilin aprelində Azərbaycanda, noyabrında isə Ermənistanda
sovetləşmə həyata keçirdikdən sonra Rusiya ərazilərin yenidən bölgüsünü həyata keçirdi. Moskvanın təzyiqi ilə Azərbaycan SSR AK(b)P-nin siyasi və təşkilat bürosunun 30 noybr 1920-ci il tarixli qərarı ilə Zəngəzurun qərb yarısını Ermənistan SSR-ə güzəştə getdi.
Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərq hissəsi Qubadlı qəzasına çevrildi. Ermənilərə verilən hissədə isə Zəngəzur və Meğri qəzaları təşkil olundu.
1930-cu ildə rayonların yaradılması ilə Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan, Qubadlı və Laçın rayonları, Ermənistandan keçən hissədə isə Meğri, Qafan, Gorus və Sisyan rayonları təşkil edildi.
...Tarixi xronologiyadan göründüyü kimi 1920-ci ilə qədər Zəngəzurda erməni idarəçiliyinin izi-tozu belə olmamışdır!
1988-93-cü illərdə Zəngəzur ərazisi bütövlükdə erməni işğalına məruz qaldı.
...Tarixi dəyişmək bizdən asılı deyil, yalnız idarə edə bilərik və idarə edirik.
...Amma coğrafiyanı biz dəyişirik !
...44 günlük zəfər savaşında qəhrəman oğullarımız Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi.
...Şərqi Zəngəzur İqtisadi rayonunu artıq yaratmışıq!
...Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da vardır!
Zəngəzur Azərbaycandır!
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ
Bugün, 00:30 GÜNDƏM
-
Roberto Mançini: "Matça çox fərqli taktika ilə çıxmayacağıq"
Bugün, 00:28 İDMAN
-
Kantenin fantastik maaşı "dodaq uçurtdu"
Bugün, 00:20 İDMAN
-
İran XİN başçısından Trampa "qiyamət" xəbərdarlığı: "Qiyamətə qədər müharibəyə hazırıq"
Bugün, 00:16 DÜNYA
-
"Fənərbağça" klubunun borcu açıqlandı - 27 milyard...
Bugün, 00:10 İDMAN
-
ABŞ Prezidenti: "İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm"
Bugün, 00:07 GÜNDƏM
-
Əziz Yıldırım: "Kassamızda 77 milyon avro var"
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - FOTOLAR
27.09.2026, 23:19 PRESS
-
Millətlər Liqası: Azərbaycan yığması Litvada yığması qarşısında... (YENİLƏNİB)
27.09.2026, 18:45 İDMAN
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğandan Azərbaycana mesaj
27.09.2026, 17:12 GÜNDƏM
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
27.09.2026, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
27.09.2026, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
27.09.2026, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
27.09.2026, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
27.09.2026, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
27.09.2026, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
27.09.2026, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
27.09.2026, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
27.09.2026, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
27.09.2026, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
27.09.2026, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
27.09.2026, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
27.09.2026, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
26.09.2026, 13:08 MƏDƏNİYYƏT