"Zirə" daha iki əcnəbi futbolçu ilə müqavilə imzalayıb - FOTO

img

16-08-2022 [17:52]


"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib. Komandamız Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.

Mia.az kluba istinadla xəbər verir ki, 27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub.

Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu isə Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR