Ukraynada Rusiyanın hakim partiyasının qərargahı yaxınlığında partlayış olub

img

10-08-2022 [17:31]


Rusiya Silahlı Qüvvələrinin işğalı altında olan Ukraynanın Mariupol şəhərində güclü partlayış olub.

Məlumatı “Ukraina online” yayıb.

Bildirilib ki, partlayış Mariupolun RF-yə “birləşməsi” üçün “referendum” keçirməyə hazırlaşan Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının qərargahı yaxınlığında olub.

Rəsmi mənbələr hadisəyə hələ ki münasibət bildirməyib.

Partlayış nəticəsində itki, yaralanan və dağıntılar barədə məlumat yayılmayıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR