Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub

img

10-08-2022 [16:50]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı iyul ayının sonunda İranda baş verən sel fəlakəti, Türkiyə-İran ikitərəfli əlaqələri, Yaxın Şərqdəki son hadisələr və nüvə sazişi haqqında danışıqlar müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR