V İslam Həmrəyliyi Oyunları: milli komandamıza texniki qələbə verilib

img

10-08-2022 [11:33]


Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.

Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR