Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
04-08-2022 [14:19]
"Müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir. Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında deyilir.
Məlumatda qeyd olunub kİ, Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadədələr işlətmiş, bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb:
"Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulmuşdur.
Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənmişdir.
Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir".
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"
Kreml: "ABŞ rəsmiləri ilə yeni görüşə hazırlıq gedir"
Ziraat Türkiyə Kuboku: "Gənclərbirliyi" geri düşdüyü matçdan qalib
Konfrans Liqası: türk klubu Almaniyada gücünü sınayacaq
Leyla Əliyeva ÜST-in xüsusi nümayəndəsi ilə görüşüb
Vilayət Eyvazov Federasiya prezidenti seçilib
Amazon Web Services Azərbaycanda
PA rəsmisi Cavid Musayev: "Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin..."
"Boğazını qayçı ilə kəsiblər, ağzı, əl və ayaqları da..." - 35 yaşlı şəxs keçmiş arvadını öldürüb + VİDEO (Yenlənib)
Mikayıl Cabbarov Omanın iqtisadiyyat naziri ilə müzakirə aparıb
Bu faydalı yataqlar satışa çıxarıldı - SİYAHI
"Karvan-Yevlax"dan AFFA-ya şikayət olunub
Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb
Gəncə Dövlət Universitetində aktual problemlərə həsr olunmuş elmi seminar keçirildi - FOTOLAR
Zəngilanda regional bölmə yaradılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yeni sədri kollektivə təqdim olunub
Prezidentin Katibliyinin rəisi və müavini barədə sərəncam verildi
Kamran Əliyev Qətərdə beynəlxalq tədbirə qatılıb
Şahrudin Məhəmmədəliyev Almaniyada əməliyyat olunub
21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salınıb - Paşinyandan açıqlama (Yeniləyib)
Müasir poeziyamızın səsi: ruhun həndəsəsi – Qulu Ağsəsin misralarında həyat (VİDEO)
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Fərman imzalayıb - FOTO
Rektor və müəllimlər təltif olundu - Sərəncam + SİYAHI
"Beşiktaş" "Mançester Yunayted"in qolkiperinə "göz qoyub"
ABŞ Tayvana müasir silahlar göndərir - 10 milyard dollarlıq
Toyda camış əti verən şadlıq evi məşhur iş adamının imiş... - Biznesmen geri çəkilmədi, AQTA-nı "topa tutdu" + FOTOLAR (YENİLƏNİB)
"VİLLANIN SATIŞ QİYMƏTİ 17 MİLYON AVRODUR" - "UNİBANK"in rəhbəri ultralüks villasını satışa çıxardı (FOTOLAR)
Sənan Həsənov AMEA-nın yubiley medalı ilə təltif olunub - FOTO
Dövlət Agentliyinə direktor təyin olundu - Nazir əmr verdi (FOTO)
Sabah hava necə olacaq? - Proqnoz
Energetika Nazirliyində kollegiya iclası keçirilib