"Milli Şurada sədrlik uğrunda savaş varsa..." - Gültəkin Hacıbəyli danışdı

img

29-07-2022 [11:21]


Milli Şuranın Koordinasiya Şurasının üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin adının Milli Şuranın sədri vəzifəsinə hallanmasına reaksiya verib.

Mia.az xəbər verir ki, o, Cəmil Həsənlinin Milli Şuranın sədri vəzifəsini Tofiq Yaqubluya, Vidadi Mirkamala və ona dəfələrlə və təkidlə təklif edib:

"Üçümüz də eyni təkidlə imtina etmişik və Cəmil müəllimin özünün sədr kimi qalmasını istəmişik. Öz adımdan bəyan edirəm ki, sədrlik iddiam yoxdur, böyük məmnuniyyətlə istər Tofiq bəyin, istər Vidadi müəllimin, istərsə də Milli Şuranın Koordinasiya Mərkəzinin istənilən üzvünün namizədliyinə dəstək verməyə hazıram, amma hazırda mən də Cəmil müəllimin Milli Şura üçün ən düzgün seçim olması qənaətindəyəm".

Keçmiş deputat əlavə edib ki, Milli Şuradan getməyi ağlının ucundan keçirmir: "Milli Şurada sədrlik uğrunda savaş varsa, bu, sədr olmaq yox, sədr olmamaq uğrunda savaşdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR