Ceyhun Bayramov sammitdə: "Qlobal sülh və təhlükəsizliyin əhəmiyyətini bilmək xüsusilə vacibdir"

img

28-07-2022 [18:02]


"Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir".

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış sessiyasındakı çıxışında deyib.

Nazir bildirib ki, iştirakçılar arasında bütün mədəni fərqlərə baxmayaraq, 60 il ərzində Qoşulmama Hərəkatı çox şeyə nail ola bilib: "Qoşulmama Hərəkatının Gənclər Sammiti müxtəlif səbəblərə görə tarixi hadisədir. Belə ki, nazir gənclərin inkişafının vacibliyini vurğulayıb və əlavə edib ki, Azərbaycanda onların inkişafına xüsusi diqqət yetirilir. Gələcəyin qurulması qlobal sülh və təhlükəsizliyin əhəmiyyətini bilmək xüsusilə vacibdir".

O, həmçinin bu sammitin çox məhsuldar keçdiyinə və bunun iştirakçıların sabah Şuşada qəbul edəcəyi yekun sənəddə öz əksini tapacağına əminliyini ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR