Avropa çempionatı: Azərbaycanın basketbol millisi Ermənistana qalib gəlib

img

27-07-2022 [20:37]


18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Mia.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. "Domus Arena"kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.

Milli komanda bu qələbə sayəsində yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib.

Yığma qrupdakı sonuncu oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR