DAHA İKİ RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNDU - Onlar kimlərdir? (FOTOLAR)

img

25-07-2022 [13:05]


Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Məlumata görə, Elvin Paşayev bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərinin müavini olub.

Bununla yanaşı, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Əkbər Abbasov bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

O, 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR