Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonda danışdı: nələr müzakirə olunub?

img

18-07-2022 [00:05]


Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən kommynikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması üzrə Azərbaycanın məlum mövqeyini və bu istiqamətlərdə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflərin öhdəliklərinin tam icrasının vacibliyi vurğulanıb.

Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA