Çin liderinin uyğur bölgəsinə 8 ildən sonra ilk səfəri... – “Reuters” nə yazır? (FOTO)
15-07-2022 [15:24]
Çin Xalq Respublikasının sədri Si Cinpin son səkkiz ildə ilk dəfə Sincan Uyğur Muxtar Rayonuna səfər edib.
“Reuters” agentliyi bildirir ki, Si Cinpin Sincan bölgəsində iyulun 12-14-də olub: “Çinin rəsmi mediası bir qayda olaraq Si Cinpinin ölkə içindəki səfərlərini yalnız səfər başa çatandan sonra açıqlayır. Sincana səfər haqda xəbər də iyulun 15-də işıq üzü görüb. Rəsmi xəbərdə Si Cinpinin Sincan Uyğur Muxtar Rayonunun mərkəzi Urumçidə, rayonun digər inzibati-ərazi vahidlərində olduğu, ayrı-ayrı obyektlərə, universitetə, ticarət zonasına baş çəkdiyi qeyd edilib.
“Sinxua” rəsmi informasiya agentliyinin yaydığı fotolarda Si Cinpinin onu alqışlayan gülərüz sakinlərin əhatəsində olarkən maska taxmadığı görünür. Sakinlərin bir çoxunun əynində uyğur milli geyimi, başında isə araxçın var”.
“Reuters” xatırladır ki, Si Cinpin sonuncu dəfə Sincan Uyğur Muxtar Rayonunda 2014-cü ildə olub və “Nyu-York Tayms” qəzetinin əldə etdiyi sənədlərə əsasən, o zaman Çin lideri məmurları terrorçuluğa, xarici müdaxilələrə, separatizmə qarşı mübarizəyə səsləyib, nəticədə Sincan bölgəsinin yerli hakimiyyət orqanları uyğurların izlənməsi, nəzarətdə saxlanması və “tərbiyə edilməsi” istiqamətində fəallığı qat-qat artırıb: “BMT-nin 2018-ci il hesabatına görə, bir milyon nəfər uyğur siyasi-ideoloji yönümdə “təkmilləşmə” üçün nəhəng düşərgələrə yerləşdirilib.
Çin uyğurlarla qəddar davrandığını dəfələrlə təkzib edib. Hakimiyyət əvvəlcə hər hansı düşərgənin mövcudluğunu ümumiyyətlə inkar etmək yolunu tutub. Sonra isə bəyan edib ki, düşərgə yox, “peşə təlimi mərkəzləri” yaradıb, həmin mərkəzlərdə yataqxanalar tikib, adamlar o mərkəzlərdə hüquqi biliklərə, peşəkar vərdişlərə yiyələnmək, Çin dilini öyrənmək üçün könüllü qeydiyyatdan keçiblər. Eyni zamanda hakimiyyət iddia edib ki, 2019-cu ildə peşə təlimi mərkəzlərində bütün şəxslər təcrübəni başa vurub, məzun olublar”.
Çin hakimiyyətinin iddialarının əksinə olaraq nüfuzlu beynəlxalq qurumların, demokratik dövlətlərin, o cümlədən ABŞ-ın uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirdiyini xatırladan “Reuters” agentliyi Si Cinpinin bölgəyə səfərinə belə bir yozum verir ki, yəqin kommunist rejiminin rəhbəri Sincan Uyğur Muxtar Rayonuna həm də son səkkiz ildə həyata keçirilən repressiyaların “bəhrəsini görməyə” gedib.
Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.
1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir/Novator.az.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər