İCRA BAŞÇISI VƏ MÜDİRLƏR SABİQ İCRA BAŞÇISINA QARŞI MİLYONLARI AŞAN İDDİA QALDIRDI - Tələblər
15-07-2022 [14:41]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Mia.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan İmişli İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək, İcra Hakimiyyətinə dəyən 6 milyon 600 min 640 manat ziyanın ödənilməsini tələb edib.
İmişli rayon Regional Mədəniyyət İdarəsinin nümayəndəsi 31 min 270 manat, DOST agentliyinin nümayəndəsi 134 min manat, İmişli rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi isə 67 min 830 manat zərərinin təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini tələb ediblər.
Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov deyib ki, müvəkkilinə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməyib, eyni zamanda əksər şahidin ibtidai istintaq dövründə verdiyi ifadələr təsdiqini tapmayıb.
Vəkil çıxışında V.Hacıyevin səhhətində olan problemlərə diqqət çəkib. Eyni zamanda bildirib ki, müvəkkilinə qarşı qanunsuz odlu silah saxlama maddəsi ilə verilən ittiham əsassızdır:
"Vilyam Hacıyevin evindən aşkarlanan ov tüfən mağazadan sənədi ilə alınıb.
Üzərinə həbs qoyulan əmlakların isə heç biri Vilyam Hacıyevin adına deyil".
Proses iyulun 18-də davam etdiriləcək.
Xatırladaq ki, ötən prosesdə Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəyib. Bundan başqa, prokuror V. Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunmasını istəyib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR