Əli Əsədov Yaponiyanın ölkəmizdəki səfirliyinə gedib - Səbəb (FOTO)

img

13-07-2022 [19:21]


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.

Mia.az xəbər verir ki, Baş nazir Ə.Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir edilib.
Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR