Nazirlər Kabinetinin qarşısında aksiyaya icazə verilmədi - BŞİH qərar verdi

img

08-07-2022 [11:45]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib.

Mia.az xəbər verir ki, aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda BŞİH aksiyanın keçirilməsinə razılıq vermədiyini bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-dən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR