Keçmiş məmurun cinayət işi: kimlərdən nə qədər pul alınıb? - SİYAHI
01-07-2022 [17:30]
Bakıda vətəndaşlara qarşı külli miqdarda (ümumilikdə 300 min manata yaxın) dələduzluq etmiş keçmiş məmur və onunla əlbir olan taksi sürücüsü məsuliyyətə cəlb edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, əvvəllər bir sıra qurumlarda yüksək vəzifələrdə çalışmış Niyazi Qədimov və tanışı Vüsal Rzayev Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsinin bir neçə maddəsi ilə təqsirləndiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, N.Qədimov 1992-ci ildən MTN-nin maliyyə idarəsində, 1994-cü ildən MTN Sərhəd Qoşunlarında xidmət edib. O, 2005-ci ildə DSX-dən tərxis olunduqdan sonra 2008-ci ilin sonlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon şöbəsində müdir müavini, 2016-ci ildən ƏƏSMN Suraxanı rayon Sosial təminat şöbsində müdir vəzifəsində işləyib. Son iş yeri isə Xətai rayon Məşğulluq idarəsi olub və 2018-ci ildə işdən çıxıb.
2019-cu ildə Niyazi Q. təsadüfən taksidə olarkən sürücü Vüsal Rzayevlə tanış olub. Vüsal ona yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu bildirib. Bundan sonra dostluq münasibətləri yaranan Niyazi və Vüsal birlikdə müxtəlif şəxsləri işə düzəltmək adı ilə onların külli miqdarda vəsaitini ələ keçiriblər.
Beləliklə onlar
- Hərbi polisdə işə düzəlmək istəyən şəxsdən 8 500 manat;
- Hərbi polisdə çavuş rütbəsində xidmət edən şəxsin gizir rütbəsinə keçirilərək Bakıdakı hərbi hissəyə gətiriləcəyini vəd edərək həmin şəxsdən 23 000 manat;
- Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb adına rəsmiləşdiriləcəyi vədi verdikləri şəxsdən 15 000 manat;
- Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan şəxsin həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə keçirilməsi vədi ilə 5 000 manat;
- N saylı hərbi hissədə xidmət edən şəxsin iş yerini dəyişdirilməsi vədi ilə 5 000 manat;
- Xarici İşlər Nazirliyinin mətbuat xidmətində işə düzəlmək istəyən şəxsdən 14 000 manat;
- Polis orqanlarında işə düzəlmək istəyən şəxsdən 7 000 manat;
- Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin ediləcəyi adı ilə Ədalət adlı şəxsdən 120 min dollar (204 000 manat);
- Ali Hərbi məktəbin aviasiya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyən 1-ci kurs tələbəsindən 5 400 manat;
- Hərbi Polisdən təxris olunmasını istəməyən şəxsin işini həll edilməsi adı ilə 4 500 manat pul alaraq dələduzluq yolu ilə ələ keçiriblər.
Niyazi və Vüsal barəsində açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, Niyaziyə icra başçısının müavini vəzifəsində işə düzəlmək üçün 120 min dollar verən Ədalət Xəlilov onun qohumudur. Zərərçəkmiş şəxs hadisənin 2020-ci ildə baş verdiyini və iş axtararkən qohumu, yüksək vəzifələrdə çalışmış Niyazinin ona kömək edə biləcəyini düşündüyünü deyib: “Niyazi həm Naxçıvandan həmkəndlim, həm də əmim oğlunun qayınatasının qardaşıdır. Özüm əvvəllər Silahlı Qüvvələrində hərbi xidmət etmişəm, 2010-cu ilin yanvarında hərbi xidmətdən mayor rütbəsində tərxis edilmişəm. 2020-ci ilin əvvəllərində özümə iş axtardığı üçün əmim oğluna müraciət etdim. O da Niyazini məsləhət gördü. Əmim oğlu qayınatasının qardaşı Niyazinin əvvəllər yüksək vəzifələrdə işlədiyini, əlaqələrinin geniş olmasını, istənilən məsələni həll edə biləcəyini dedi. Bir neçə gün sonra əmim oğlu Niyazi ilə danışdığını dedi. Bundan sonra Niyazi ilə danışmağa başladım, o, mənə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə düzəldəcəyinə söz verdi və 120 min manat aldı. Lakin hələ də mənə vurulmuş ziyan ödənilməyib”.
Məhkəmədə o da məlum olub ki, Niyazi və Vüsalın aldadaraq külli miqdarda pul aldıqları şəxslərin əksəriyyətini Ədalət Xəlilov və Firudin adlı digər şəxsin vasitəsilə tanıyıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə Niyazi Q. 8 il, Vüsal isə 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib