NATO bu ölkələr üçün yeni dəstək paketləri qəbul edəcək

img

27-06-2022 [17:05]


“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək. Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir.

Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək. O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:21 18.08.2022

Qorxulu adamlar...