Mikayıl Cabbarov Bakı Forumunda: "Cəmiyyətin dəyərlərinə də diqqət yetirməliyik"
18-06-2022 [10:47]
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 18-də işini panel iclasları ilə davam etdirir.
Mia.az xəbər verir ki, Forum çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda növbəti panel iclası keçirilib.
2004-2009-cu illərdə BMT-nin Ukraynadakı rezident əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında “İqtisadi bərabərsizliklərə fokuslanmaq gender meyarını gizlətmək məqsədi daşıyır? Bəs azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər? Rifah və gəlirlə bağlı bərabərsizliyi nəzərdən keçirməliyik? Zənginlər üçün "vergi cənnətləri"nin qarşısının alınması və vergi sistemində daha böyük bərabərliyə nail olmaq məqsədilə qeyd olunan sahələrdən biri qlobal vergi rejimini dəyişməlidirmi? Müvafiq konvensiyalarda yer aldığı fərz edilən bu kimi yeni qlobal vergi tədbirləri effektiv qüvvəyə malik olacaqdırmı? Bu sahədə həyata keçirilən tədbirlərin hər hansı qiymətləndirmə şkalası çərçivəsində bütün hallarda ən həssas qrupda yer almağa davam edən yoxsulların faydalana biləcəyini nə dərəcədə təmin edə bilərik? Sərvət vergisi, əkin sahələrinin kəndlilərin və torpaq sahəsi olmayan işçi qüvvələri arasında bölüşdürülməsi, münasib minimal əməkhaqqı, habelə səhiyyənin və təhsilin əlçatanlığı kimi tədbirlərin milli sərhədlər daxilində deyil, daha çox beynəlxalq çoxtərəfli səviyyədə həyata keçirilməsi üçün bu hərəkat nə qədər gücləndirilməlidir?” kimi suallara cavablar axtarılıb.
Panel iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığı təmin edilməlidir:
“Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır. Cəmiyyətin dəyərlərinə də diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik”.
Nazir həmçinin qeyd edib ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda məcburi köçkünlər və qaçqınlar kimi həssas təbəqə meydana gəlib: “Biz gəlirləri bu həssas təbəqələrin gəlirlərinin artırılmasına yönəltmişdik. Biz siyasəti inklüzivliyə fokuslaşdırdıq, sosial müdafiə mexanizminin yaradılmasına çalışdıq. Dövlət Neft Fondunun ehtiyatları qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onlar üçün evlərin tikilməsinə yönəldildi. O cümlədən tələbələrin xaricdə təhsilinə də vəsaitlər ayırıldı. Biz Azərbaycanda minimum pensiyanın məbləğinin artırılmasına diqqət yetirdik”.
Daha sonra çıxış edən Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, vergi sistemi bərabərsizlik üçün bir meyar olmalıdır: “Artıq texnologiyalar həyatımızda mühüm rola malikdirlər. Gender məsələləri də bərabərsizliyə gətirib çıxarır. Qadınların təhsil almaması hansısa arzuolunmaz hallara gətirib çıxara bilər. Qadınlarla kişilər arasında böyük fərqlər var. Müharibələr zamanı da qadınların hüquqları pozulur. Biz bu problemləri böyüdərək ətraflı müzakirə etməliyik. Biz hər bir insanın dəyərini anlamalıyıq”.
UNESCO-nun 36-cı Ümumi Konfransının Prezidenti Katalin Boqyayisə deyib ki, təhsildə olan bərabərsizlik aradan qaldırılmalıdır:
“Hər bir uşaq öz karyerasını qurmaq hüququna malikdir. Həmçinin fikrimcə dini, mədəni, etnik azlıqlar tanınmalıdır. Biz həmçinin qadınların sülhə gətirən səlahiyyətlərini də genişləndirməliyik”.
Panel iclas çıxışlarla davam etdirilib.
Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi