“Rusiyanı cilovlamaq mümkün deyil, ona qarşı güc tətbiq olunmalıdır" - Britaniya XİN-dən sərt bəyanat

img

26-05-2022 [18:05]


“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”.

UNIAN xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısını almalıyıq”, - o söyləyib.

Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini, Krımı və Donbası işğal etməsindən tarixi dərs götürməlidir: “Biz Ukraynanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi yardımları davam etdirməliyik”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə aparacağını vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR