Ukraynada Rusiyanın daha bir generalı öldürülüb

img

24-05-2022 [19:00]


Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.

Bu barədə BBC məlumat yayıb.

Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.

BBC-nin xəbərinə görə, o, Rusiyanın Ukraynada itirdiyi ən yüksəkrütbəli pilotdur: “Kanamat Botaşev təqaüdə çıxmazdan əvvəl aviasiya alayının komandiri olub. Belə yüksəkrütbəli zabitin hava döyüşlərində iştirakı həm Moskvanın hərbi pilotlar qarşısında nə qədər çətin vəzifələr qoymasından, həm də yüksək ixtisaslı mütəxəssislərin olmamasından xəbər verir”/Report.

Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı. Bildirilmişdi ki, pilot katapult edə bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR