Gürcüstanda iki ardıcıl zəlzələ olub

img

21-05-2022 [10:45]


Bu gün səhər saatlarında Gürcüstanda iki dəfə zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Tbilisi vaxtı ilə saat 06:12-də 3,6 maqnitudalı yeraltı təkanlar Borjomi şəhəri (Samtsxe Cavaxeti bölgəsi) yaxınlığında qeydə alınıb. Növbəti 3,3 maqnitudalı zəlzələ isə saat 08:42-də Dedoplitskaro şəhəri (Kaxeti bölgəsi) yaxınlığında olub.

Dağıntılar və tələfat barədə məlumat yoxdur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR