Almaniyanın keçmiş kansleri ofis və işçilərdən məhrum ediləcək
18-05-2022 [13:45]
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqda (parlament) ofis və əməkdaşlardan məhrum ediləcək.
“Deutsche Welle” xəbər verir ki, qanunverici orqandakı hakim koalisiya Rusiya rəhbərliyinə yaxınlığına görə kəskin tənqid olunan siyasətçi ilə bağlı razılığa gəlib.
Bundestaqın büdcə komitəsinin üzvləri Dennis Rode (Sosial-Demokrat Partiyası), Sven-Kristian Kindler (“yaşıllar”) və Otto Frikke (Azad Demokratik Partiya) bildiriblər ki, keçmiş kanslerlərin təminatı gələcəkdə artıq statusa deyil, öhdəliklərin davamlı yerinə yetirilməsinə əsaslanacaq.
Onlar izah ediblər ki, G.Şröder artıq keçmiş kansler kimi heç bir öhdəliyi yerinə yetirmir, ona görə də onu işçilərlə və ofislə təmin etmək üçün heç bir əsas yoxdur. Buna görə də keçmiş hökumət başçısının bundestaqdakı ofisi bağlanacaq, lakin o, təqaüd alacaq və mühafizəçi ilə təmin olunacaq.
Beləliklə, Rusiya Prezidenti Vladimir Putinə ən yaxın alman siyasətçi sayılan G.Şröder büdcədən ona düşən təminatın əhəmiyyətli hissəsindən məhrum olunacaq. Son zamanlarda G.Şröderin işçi heyətinin xərcləri ildə təxminən 400 min avro təşkil edirdi. “Handelsblatt” biznes nəşrinə görə, 2021-ci ildə G.Şröderin ofisində beş işçi olub, ofis rəhbəri ayda təxminən 10 400 avro maaş alırdı. 2017-ci ildə eks-kanslerin işçilərinə büdcədən təxminən 561 min avro ödənilib.
Almaniyada G.Şröder Kremlə yaxınlığına və Rusiya dövlət konsernləri ilə bağlı fəaliyyətinə görə sərt tənqid olunur. Ukraynada müharibə başlayandan sonra tənqidlər kəskin şəkildə artıb. Bir neçə həftə əvvəl onun Rusiya ilə bağlı mövqeyinə etiraz olaraq ofisinin bir neçə üzvü istefa verib.
Qeyd edək ki, Almaniyanın keçmiş kansler və prezidentlərinə Berlində ömürlük bir neçə işçisi olan şəxsi ofis, həmçinin xidməti avtomobil və sürücü ayrılır. Bütün bu xərclər dövlət büdcəsindən maliyyələşdirilir/Report.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər