07-04-2014 [11:43]
Kəlbəcər rayonun işğalının 21-ci ildönümü günü ANS-də telejurnalist Ləman Ələşrəfqızının hazırlayıb efirə verdiyi süjetlə bağlı bu telekanala müraciət olunacaq.
Bu barədə açıqlama verən jurnalist və hüquq müdafiəçisi Xalid Vahidoğlu deyib. O bildirib ki, ANS televiziyası həmin süjetdə Kəlbəcər sakinlərinin ünvanına səsləndirdiyi fikirlərə görə üzr istəməlidir:
«Kəlbəcərin işğal günü vətənpərvərlik görüntüsü yaratmağa çalışan bir kanalda belə bir süjetin efirə verilməsi başadüşülən deyil. Həmin gün ANS telekanalının «Xəbərçi» verilişinin saat 21:00 buraxılışında «Kəlbəcərsiz 21 il» başlıqlı süjet efirə verildi. Ləman Əliəşrəfqızının hazırladığı 3 dəqiqə 37 saniyəlik süjetdə Kəlbəcər sakinlərinin ünvanına bir neçə təhqiramiz ifadələr səsləndirildi. Həmin süjetdə müəyyən görüntülər fonunda səsləndirilən «bu sürü psixologiyası təkcə mülki əhalidə yox, döyüşçülərdə də hiss olunurdu» və «Kəlbəcərdən utandım. Süd verdiyi balaları ona naxələf çıxdılar» ifadələri Kəlbəcər sakinlərinə qarşı təhqirdir. Süjet efirə veriləndən az sonra bununla bağlı iradlarımızı bildirəndə isə süjeti hazırlayan jurnalist tərəfindən təkrar təhqiramiz ifadələr səsləndirildi. İşğal altında olan bütün ərazilərin itirilməsi səbəblərinin müəyyənləşdirilməsi üçün normal müzakirələrin keçirilməsinin biz də tərəfdarıyıq. Amma bu birtərəfli şəkildə minlərlə insanın təhqir edilməsi ilə aparılmamalıdır. Biz hazırda ANS Şirkətlər Qrupunun prezidenti cənab Vahid Mustafayevə müraciət hazırlamışıq və rəhbərlik etdiyi kanalın efirində səsləndirilən təhqiramiz ifadələrə görə üzr istənilməsini tələb edəcəyik».
X.Vahidoğlunun sözlərinə görə, Qarabağ müharibəsi dönəmində uzun müddət mühasirə həyatı yaşayan bir rayonun sakinlərinin ünvanına bu fikirlərin səsləndirilməsi yolverilməzdir: «Kəlbəcər rayonu Qarabağ müharibəsi dönəmində 5 il mühasirə şəraitində yaşayıb. Rayona 2 il elektrik enerjisi verilməyib və Kəlbəcər sakinləri düşmənə ov tüfəngləri ilə müqavimət göstərib. 1992-ci il aprelin 8-də Ermənistan Silahlı Qüvvələri Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün Ağdaban kəndinə hücum edib və dəhşətli soyqırımı törədiblər. Həmin vaxt Ağdaban kəndinin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. Bu hadisə zamanı 67 nəfər qətlə yetirilib (onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadındır), 5 nəfər girov götürülüb, 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarəti alıb. Ağdaban kəndinin 7 nəfər sakini diri-diri odda yandırılıb. Amma Kəlbəcər sakinləri bundan sonra da düşmənə müqaviməti davam etdirib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı isə Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 mülki şəxs, 55 hərbçi qətlə yetirilib. 1231 nəfər girov götürülərək ağır işgəncələrə məruz qalıb, 2500 nəfər əlil olub. Girovluqda olan şəxslərdən 43 nəfərin taleyindən bugünədək məlumat yoxdur. Kəlbəcərin işğalından sonra Başlıbel kəndini tərk etməyən 62 nəfər dağlarda sığınacaq tapıb (bütün bunlar «Başlıbel faciəsi erməni vəhşilikləri şahidlərin dili ilə» kitabında öz əksini tapıb). İşğaldan 18 gün sonra onlardan 27 nəfəri qətlə yetirilib, 19 nəfəri girov götürülüb, 30 nəfər isə 133 gün düşmənin əhatəsində qalaraq partizan müharibəsi aparıb. Həmin şəxslərdən 29 nəfər 1993-cü iyulun 22-də Daşkəsən ərazisinə gəlib çıxsalar da, bir nəfər kəndi tərk etməyib və taleyindən indiyədək heç bir məlumat yoxdur. Amma ANS televiziyası Kəlbəcər sakinlərinin rayonun qorunması üçün verdikləri qurbanları nəzərə almadan bütün bir rayonun əhalisini təhqir etməklə sağlam məntiqdən uzaq düşdü».
X.Vahidoğlu deyir ki, süjetdə səsləndirilən ifadələrlə jurnalist etikasının pozulması və təhqir elementlərinin olması ilə bağlı media hüququ ilə məşğul olan ekspertlərin rəyləri də var: «Biz həmin süjeti media ekspertlərinə də göstərdik. Süjetdə jurnalist etikasının pozulduğu və təhqiramiz ifadələrin olması onlar tərəfindən də təsdiq olundu və bu barədə mətbuatda da məlumat yayıldı. Biz müraciətimizi ANS televiziyasına göndərəndən sonra bir həftə onların üzr istəməsini gözləyəcəyik. Əgər süjetin efirə verildiyi «Xəbərçi» verilişində Kəlbəcər sakinlərindən üzr istənilməsə, məsələnin hüquqi müstəvidə həllinə çalışacayıq. Ümid edirik ki, müraciətimiz anlayışla qarşılanaraq yerinə yetiriləcək və məsələnin hüquqi müstəvidə araşdırılmasına ehtiyac qalmayacaq. Azərbaycan hüquqi dövlətdir və heç kəsə insanları təhqir etmək haqqı verilməyib. Bunu edənlər isə qanun qarşısında cavab verməlidir».
X.Vahidoğlu onu da qeyd edib ki, müraciət bu gün, ən uzağı sabah ANS telekompaniyasına və Milli Televiziya və Radio Şurasına göndəriləcək.
modern.az
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır