Partiya jurnalistə hücumla bağlı bəyanat yaydı: "Cinayəti törədənlər tapılmalı və cəzalandırılmalıdır"
10-05-2022 [15:23]
Vətəndaş Həmrəyliyi Partiyası jurnalist Aytən Məmmədovaya hücumla bağlı bəyanat yayıb.
Mia.az-a daxil ollan bəyanatda deyilir ki, mayın 8-də jurnalist Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saatlarında naməlum şəxsin hücumuna məruz qalıb:
"Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.
Aytən Məmmədova 10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun məhkəməsindən ardıcıl reportajlar hazırlayıb, Süleymanovun işgəncələrə məruz qalması haqda məhkəmədə səslənən fikirlər, söylənən faktlar ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırıb. Aytən Məmmədova güman edir ki, ona qarşı olan hücum 10 yaşlı Nərmin Quliyevanın qətl işi ilə əlaqəli ola bilər.
Vətəndaş Həmrəyliyi Partiyası baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir. Əgər hüquq mühafizə orqanları bu faktla bağlı lazımı tədbir görməzsə, baş verən hadisə, öz peşə vəzifəsini yerinə yetirən bir jurnalistə qarşı deyil, bütövlükdə söz və ifadə azadlığına qarşı bir basqının göstəricisi kimi qiymətləndiriləcək. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni ən yüksək səviyyədə nəzarətə götürməsi günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin tapılıb, cəzalandırılması zəruridir. İnanırıq ki, ən yaxın zamanda hadisəni törədən şəxs tapılaraq cəzalandırılacaq".
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"
Qurban Qurbanovdan rəqib komandanın baş məşqçisinin qeyri-etik davranışına - Reaksiya
"Ayaks"ın baş məşqçisi: "Sıfır xaldan çıxmaq çox çətin idi"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb