Əflatun Amaşov Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının Keniyada keçirilən toplantısında iştirak edir - FOTOLAR
05-05-2022 [14:23]
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının Keniyanın paytaxtı Nayrobidə keçirilən növbəti illik toplantısında iştirak edir.
Mia.az xəbər verir ki, toplantıya 25-ə yaxın ölkədən assosiasiyaya üzv təşkilatlar qatılıb. Tədbir qurumun ötən yığıncağından indiyədək, həmçinin Rusiya-Ukrayna müharibəsində həlak olmuş jurnalistlərin xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının prezidenti Şölə Aker toplantını açaraq hesabat dövründə təşkilatın gördüyü işlərdən danışıb.
Qurumun prezidentinin birinci müavini Ə.Amaşov çıxışında assosiasiyanın illik tədbirinin koronavirus pandemiyası başlayandan indiyədək ilk dəfə onlayn rejimdə deyil, açıq şəkildə təşkilinə diqqət çəkib. O, mövcud xüsusda əvvəlcə azərbaycanlı jurnalistlərin pandemiya reallıqlarını işıqlandırmalarından bəhs edib. Ə.Amaşov bildirib ki, qorxunc infeksiyanın vüsət aldığı ilk aylarda onunla bağlı proseslərin təqdimatı zamanı nəinki Azərbaycan jurnalistlərində,
eləcə də dünya media məkanında çaşqınlıq nəzərə çarpırdı. Çünki pandemiya tam yenilik idi, həyəcan, qorxu və təlaş şəraitində peşə standartlarını qorumaq çətinləşirdi. Azərbaycanda da eyni vəziyyət müşahidə olundu. “Amma qətiyyətlə vurğulamalıyam ki, jurnalistlərimiz sınaqdan üzüağ çıxdılar”, - deyən MŞ sədri çıxışında həmçinin rəhbərlik etdiyi qurumun pandemiya müddətində jurnalistlərin peşə fəaliyyətinə dair 5 tövsiyə mətni yaydığını, media təmsilçilərinin “COVID-19” infeksiyasına qarşı vaksinasiyasını təşkil etdiyini deyib.
Ə.Amaşovun çıxışının ikinci hissəsi hesabat müddətində Azərbaycan Mətbuat Şurasının gördüyü işlərlə bağlı olub. Şura sədri bildirib ki, 2021-ci ildə MŞ-yə kütləvi informasiya vasitələrinin fəaliyyətindən 109 şikayət daxil olub. Katiblik 109 şikayətlə əlaqədar araşdırma
aparıb. İlkin mərhələdə 45 məsələ həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 64 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar
baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib. Şikayətlər üzrə Komissiyada 64 məsələyə baxılıb ki, bunlar da sonradan Şuranın İdarə Heyəti tərəfindən qərar kimi qəbul edilib.
MŞ sədri əlavə edib ki, şikayətlərin 73,5 faizini internet xəbər portallarndan, 21,2 faizini informasiya agentliklərindən, 4,3 faizini qəzetlərdən, yalnız 1 faizini isə jurnallardan narazılıqlar təşkil edib. Şikayətçilərin 39,9 faizi KİV-lərin materialda qarşı tərəfin mövqeyini işıqlandırmamasından, 31,3 faizi işgüzar nüfuzlarının ləkələnməsindən, 19,3 faizi şərəf və ləyaqətlərinin təhqirindən narazılıqlarını bildiriblər. Narazılıqların 9,5 faizi isə digər məsələlərlə əlaqədar olub. Həmçinin şikayətçilərin 23,4 faizi media orqanının yayımladığı materialı silməsini, 21,8 faizi üzr istəməsini, 19,1 faizi təkzib verməsini, 17,3 faizi qarşı tərəf kimi öz mövqelərinin işıqlandırmasını, 11,9 fazi digər qanuni ölçü tədbirinin görülməsini tələb ediblər. 6,6 faiz isə cavabdeh KİV-in fəaliyyətinin dayandırılmasını istəyib. Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı tədbirlərinə gəldikdə, Şura onların 39,9 faizinin təkzib verməli, 37,1 faizinin qarşı tərəfin mövqeyini işıqlandırmalı olduğuna, 9,6 faizinin şikayətə səbəb olmuş materialı silməsinə dair qərar çıxarıb. MŞ habelə məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfi məlumatlandırıb ki, bunun da faiz nisbəti 13,4-dür.
Qeyd edək ki, Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının Keniyanın paytaxtı Nayrobidə təşkil olunan növbəti illik toplantı öz işinə mayın 3-də start verib. Tədbir bu gün də davam edəcək.
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
Azərbaycanda gündəlik neft hasilatı azalıb
Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas edilib
Türkiyədə tanınmış jurnalist saxlanıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İranda hava çirkliliyi: hər il azı 50 min insan ölür
"Deyirdi ki, qızıl neft deyil, şabalıddır" - General Raul Zeynalov məhkəmədə ifadə verdi
GENERALDAN OĞLUNUN HƏBSİ HAQDA AÇIQLAMA: “Hələ görüş vermirlər”
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib - Nələr müzakirə olunub?
GENERALLA SABİQ İCRA BAŞÇISININ ÖVLADLARI HƏBS OLUNUB - Detallar
Myanma ordusu xəstəxananı vurub - 33 nəfər ölüb, 76 yaralı var
Qrup seksi və narkotiklə tutulan Baş redaktorun keçmiş arvadına "mesaj yağdı" - FOTO
Paşinyan Almaniyada sualları cavablandırıb - "Qarabağa ermənilərin dönüşü mümkün deyil, çünki..."
Müğənninin ölüm işi: saxlanılanların sayı 5-ə çatdı
QARABAĞIN DAHA ÜÇ KƏNDİNƏ KÖÇ OLUB
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında - Məhkəmə iclası
Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 31-də “Porsche Cayenne” qalibi olacaq!
Sabah hava yağmursuz olacaq
Azərbaycan XİN Burkina Fasonu Milli Günü münasibətilə təbrik edib
Sumqayıtda avtobus palçıqlı yolda batıb - VİDEEO
Amerika vətəndaşlığı almaq asanlaşır - 1 milyon dollarlıq “Qızıl Kart” viza proqramına start verildi
Türkiyənin 22 şəhərində 92 İŞİD üzvü tutulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Xəzər dənizində zəlzələ olub
Azərbaycan Prezidenti Uillyam Samoei Rutoya məktub ünvanlayıb - MƏTN
Məşhur hüquqşünas Namizəd Səfərov həbs edildi - Məhkəmə qərar verdi
Tramp FED-i yenə tənqid etdi: "Bu, yetərli deyil"
Çempionlar Liqası: 6-cı tur bitdi - Sürpriz nəticələr
İstanbulda məzar yerinin qiyməti qalxdı - 200 faiz
ABŞ 901 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi - 312 "hə", 112 "yox" səsi ilə (DETALLAR)
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"
Qurban Qurbanovdan rəqib komandanın baş məşqçisinin qeyri-etik davranışına - Reaksiya
"Ayaks"ın baş məşqçisi: "Sıfır xaldan çıxmaq çox çətin idi"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb