İsraildən Rusiya XİN başçısına sərt etiraz: "Lavrovun açıqlaması bağışlanmaz və təhqiredicidir" - "Yəhudilər Holokostda özlərini öldürməyiblər"
02-05-2022 [15:22]
İsrailin xarici işlər naziri Yair Lapid Rusiya xarici işlər naziri Sergey Lavrovu tənqid edib.
Mia.az xəbər verir ki, bu barədə o, "Twitter"də paylaşım edib: "Xarici işlər naziri Lavrovun açıqlaması həm bağışlanmaz və təhqiredici bir bəyanat, həm də dəhşətli tarixi səhvdir. Yəhudilər Holokostda özlərini öldürməyiblər. Yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsi yəhudilərin özlərini antisemitizmdə ittiham etməkdir. Rusiyanın səfiri nazirliyə çağırılacaq. israil Rusiyadan bu şərhlə bağlı üzr gözləyir".
Bu mesajdan az sonra Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.
İsrailin Baş naziri Naftali Bennett də Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına qəzəbli yanaşıb: "Mən Rusiya xarici işlər nazirinin bəyanatına son dərəcə sərtliklə yanaşıram. Onun sözləri doğru deyil və niyyətləri yanlışdır.
Bu cür yalanların məqsədi yəhudilərin özlərini onlara qarşı törədilmiş tarixin ən dəhşətli cinayətlərində ittiham etmək və bununla da İsrailin düşmənlərini məsuliyyətdən azad etməkdir.
Artıq dediyim kimi, bizim dövrümüzdə heç bir müharibə Holokost kimi deyil və ya Holokostla müqayisə oluna bilməz. Yəhudi xalqının Holokostundan siyasi alət kimi istifadəyə dərhal son qoyulmalıdır”.
Lavrovun yəhudilərlə bağlı açıqlamasına Ukrayna xarici işlər naziri Dmitri Kuleba da reaksiya verib.
O "Twitter" hesabında bildirib ki, Lavrov rus elitasında kök salmış antisemitizmi gizlədə bilməyib: "Onun mənfur ifadələri prezident Zelenskiyə, Ukraynaya, İsrailə və yəhudi xalqına qarşı təhqirdir. Daha geniş mənada isə onlar nümayiş etdirirlər ki, bugünkü Rusiya başqa xalqlara qarşı nifrətlə doludur".
Xatıradaq ki, Lavrovun İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edərək, yəhudi soyqırımı ilə bağlı aşağıdakı açıqlaması etiraz yaradıb: "Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb